Netanyahu 30 nəfərlik nümayəndə heyəti ilə gəlir

İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri dekabrın 13-də səhər başlayacaq. Bu barədə Turan-a İsraildəki mənbələr bildirib. Nümayəndə heyətinin tərkibi 30 nəfərə yaxındır. Baş nazir Bakıda cəmi bir neçə saat keçirəcək və elə həmin gün axşam İlham Əliyevlə görüşdən sonra Astanaya yola düşəcək. Hər hansı sənədlərin imzalanacağı haqqında məlumat verilmir.

Astanada səfər proqramı genişdir - Nazarbayevlə iki görüş (təkbətək və nümayəndə heyətinin iştirakı ilə), habelə Senat sədri Kasım Jomart Tokayevlə ayrı görüş.

İkinci görüş dekabrın 14-də biznes forumu çərçivəsində keçiriləcək. Bunun üçün İsraildən kənd təsərrüfatı, tibb, təhlükəsizlik, energetika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 70-ə yaxın biznesmen gələcək. Qazaxıstanda Netanyahu iki gün qalacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar