Prezident səlahiyyətlərini baş nazirə ötürdü

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreyanın Prezidenti Pak Kın Xe barəsində ölkə parlamentinin impicment qərarı çıxardıqdan sonra, Konstitusiyaya uyğun olaraq o, Bakı vaxtı ilə saat 14:03 radəsində Prezident səlahiyyətlərini Baş nazir Xvan Qyo Anka ötürüb. Xəbəri «Pyonxan» agentliyi yayıb.

Agentliyin məlumatına görə, Parlamentin impicment barədə qərarı Prezidentə çatdırılan kimi o, dərhal dövlət başçısı səlahiyyətlərini öz üzərindən götürüb.

«Bu andan etibarən, Prezident Pak dövlət başçısı vəzifələrini yerinə yetirə bilməz» - deyə, agentlik izah edir.

Bununla bərabər, impicment barədə qərara Cənubi Koreyanın Konstitusiya Məhkəməsi baxacaq - bu prosedura 180 günədək müddət lazım gələcək. Bu məhkəmə impicmenti rədd edə və Pak Kın Xenin prezident səlahiyyətlərini bərpa edə bilər.

Baş verənlərin fonunda Cənubi Koreyanın müdafiə naziri ölkənin bütün silahlı qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi barədə göstəriş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar