Xəzər dənizində naməlum kişi meyiti aşkarlanıb

Xəzər dənizinin Azərbaycan sektorunda təqribən 40-45 yaşlı naməlum kişi meyiti aşkarlanıb.

"Report"un xəbərinə görə, hadisə Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində qeydə alınıb.

Belə ki, Bilgəh çimərliyi kimi tanınan ərazidə dənizdə 40-45 yaşlarında olan kişinin meyiti aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil veriblər. Meyit bir müddət suda qaldığından üzü tanınmaz hala düşüb.

Onun üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar