"Reket" jurnalist milyonçu- şairi şantaj edibmiş

Bir neçə gün öncə həbs olunan “Bizim dövr” qəzetinin “reket” redaktoru Surxay Əliyev xeyriyyəçi şair Gülağa Tənhanı da şantaj edib.

Bu barədə virtualaz.org-un redaksiyasına G. Tənhanın özü tərəfindən ünvanlanan müraciətdə bildirilir.

O, qeyd edir ki, 2008-ci ildə özü və yaxınlarını şantaj edən “reket” jurnalist ondan dövlət əleyhinə olan layihələri maliyyələşdirməyi tələb edib. Lakin rədd cavabı aldıqdan sonra onun haqqında əsası olmayan məqalələr yazmağa başlayıb:

“Mən rədd cavabı verdim. Bundan sonra mənim və yaxınlarım haqqında heç bir məntiqi və mənası olmayan iyrənc məqalələr yazıldı. Hüquq - mühafizə orqanları isə bu faktlara göz yumdular. Bu gün Mətbuat Şurasının və hüquq - mühafizə orqanlarının göz yumduğu hallar həddini aşıb. Bir çox məmurlar dövlətin - dövlətçiliyin - cənab prezidentin maraqlarını deyil , öz şəxsi maraqlarını güdürlər”, - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, S.Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı tutulub və barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

O, əvvəlcədən əlbir olduğu qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini apararaq onları şantaj etməkdə, ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatlar dərc edərək bu fəaliyyətin dayandırılması müqabilində külli miqdarda pul tələb etməkdə günahlandırılır.

Sosial şəbəkələrdə S. Əliyevin bahalı “Hummer” markalı avtomobil sürməsi, Azərbaycan Nəşriyyatında yerləşən ofisində 15 minanatlıq kresloda əyləşməsi və üzərində kamera olan qələm gəzdirməsilə bağlı

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar