NATO və İsveç təyyarələri Kaliniqrad ətrafında kəşfiyyat aparıb

qirici_295150074855AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, NATO-nun və İsveç hərbi-hava qüvvələrinin (HHQ) təyyarələri eyni vaxtda Kaliniqrad yaxınlığında kəşfiyyat işləri aparıb.

NATO-nun E-3A «AVAKS» uzaq radiolokasion aşkarlama və aviasiya istiqamətverici təyyarəsi və İsveç HHQ-nin təyyarəsi çümə günü eyni vaxtda Rusiyanın Baltik dənizinin cənubundakı dəniz və quru sərhədləri boyunca kəşfiyyat uçuşları həyata keçirib. Xəbəri hərbi aviasiyanın hərəkətini izləyən Qərb saytları yayıb.

Saytların məlumatına görə, LX-N 09455 göyərtə nömrəli və NATO6 «çağırış»lı, Almaniyanın Qaylenkirxendəki NATO bazasından havaya qalxan «AVAKS» təyyarəsi cənub istiqamətindən Kalininqrad vilayətinə yaxınlaşıb. O, Polşanın hava məkanında 9,5 min metr hündürlükdə uçaraq, Rusiya ərazilərini müşahidə edib.

Elə həmin vaxt İsveçin 102003 göyərtə nömrəli, SVF634 «çağırış»lı «Gulfstream 4» kəşfiyyat təyyarəsi Baltik dənizinin şimal istiqamətindən Kaliniqrad vilayətinə yaxınlaşıb. Təyyarə Kalininqrad vilayətinin bütün sahil sərhədi boyunca uçuş keçirib və bu zaman Rusiyanın Baltik hövzəsindəki eksklüziv iqtisadi zonasının hava məkanında olub.

Son vaxtlar ABŞ-ın və digər NATO ölkələrinin, o cümlədən, İsveçin təyyarələri mütəmadi olaraq Kalininqrad vilayəti yaxınlığında - Baltik dənizi hövzəsində Rusiya hərbi gəmilərinin hərəkət etdiyi rayonlar üzərində kəşfiyyat işləri aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar