“Məhkəmələr Hacı İbrahimdən qorxur”

Əlində maliyyə arayışı, kassa mədaxil qəbzi “Həsən-96” MTK-a ilə iki tərəfli müqavilə bağlamış Qazax rayon sakini, vətəndaş Elşad Məmmədov “Avesta” konserninə daxil olan sözügedən şirkətlə iş birliyi olmadığını və onun 355 min manat vəsaitini mənimsəmə faktına dair yenidən mətbuata müraciət edib.

Elşad Məmmədov “Avesta” konserninə daxil olan “Həsən-96” MTK Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə şirkətlə müqavilə baglayıb.

“Çox saylı müraciətlərimə baxılmır. Məhkəmələr Hacı İbrahim Nehrəmlinin sifarişini yerinə yetirir. Hacı İbrahimin qanunsuzluğu Nəsimi Rayon Məhkəməsinin hakimi Səyyad Qafari tərəfindən ört-basdır edilir. İştirakım olmadan, mənə məxsus iki ədəd mənzilin sənədlərini qanunsuz olaraq sifarişlə ləğv edib. Hacı İbrahim Nehrəmlinin qanunsuzluğu Nəsimi Rayon Məhkəməsinin hakimi Səyyad Qafari tərəfindən ört-basdır edilir. Hakimin ədalətsiz və sifarişli çıxardığı qətnamə barəsində Apelyasiya Məhkəməsinə şikayət etmiş Elşad Məmmədov bildirir ki, burada da o, haqsızlıqla üzləşib. Apelyasiyanın hakimi Xuraman Məhərrəmli, onun qanuni sənədlərimi birinci prosesdə tanıyıb və onların vəkillərinə bildirib ki, “Bu sizin üçün 1 kiloqram alma alveri deyil”, vətəndaşın əlində qanuni sənədləri var”. ! Ancaq Hacı İbrahim Nehrəmli ikinci prosesdə özünün və dövlət işində işləyən qardaşlarının nüfuzundan istifadə edib, qərarı öz xeyrinə çıxartdırıb. Belə çıxır ki, “Khazar İsland” layihəsinin rəhbəri Haci İbrahimin nüfuzu bütün rəsmi sənədlərin hüquqi mahiyyətini üstələyir Oktyabrın 2-də Ali Məhkəməmədə işə baxılacaq. Haqq-ədalətin bərpa olacağına ümid edirəm”.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar