DTX RƏİSİNDƏN "QARA BAZAR"  AÇIQLAMASI - “500-dən artıq əməkdaş xidmətdən xaric olunub”

“Qara bazar”la bağlı proseslər bütün dünyada gedir. Azərbaycanda hər bir proses açıq şəkildə həyata keçirilir. Təbii ki, burada da  “qara bazar” var idi”APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

DTX rəisi bildirib ki, ölkə prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib: “Bu istiqamətdə araşdırmalar aparılır, şübhəli şəxslər var”.

Mədət Quliyev həmçinin deyib ki, il ərzində 500-dən artıq əməkdaş xidmətdən xaric olunub.. Onun sözlərinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb: "Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar