REKTORUN YUBİLEY OYUNU – Əsl həqiqətdə nəyə xidmət edir?

Bəzi rəhbər işçilər yeri gəldi-gəlmədi, yubileylər və digər yığıncaqlar keçirməyə aludə olublar. Təcrübə göstərir ki, belə tədbirlər əksər hallarda onların özünütəbliğindən başqa bir şey deyil. Son günlər eşidirik ki, Bakı Slavyan Universitetinin yeni rektoru bu universitetin yaranmasının 70 illiyini keçirməyə hazırlaşır. Görəsən, bu cür özünütəbliğə hesablanmış hərəkətin əks-effektini ona başa salan olacaqmı?

Diqqət edin, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazası genişləndirilməklə Bakı Slavyan Universiteti yaradılıb. Belə çıxır ki, bu universitetin 16 yaşı var.

M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu isə 1946-cı ildə yaradılıb. Maraqlıdır ki, 1972-ci ildə Azərbaycan Respublikasının birinci katibi Heydər Əliyevin təşəbbüsü və Respublika Nazirlər Sovetinin 2 noyabr 1972-ci il tarixli 362 saylı qərarı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu yaradılıb. Göründüyü kimi bu ali məktəbin bazasının genişlənməsində və inkişafında Heydər Əliyevin misilsiz zəhməti olub. Düşünürəm ki, indiki vəziyyətdə belə bir yubiley oyununun ortaya atılması Ulu öndərin fəaliyyətinə gölgə salmaqdan başqa bir şey deyil.

Rektor Nurlana Əliyeva 70 illik yubiley keçirməklə Universitetin tarixini saxtalaşdırır. Gözə kül üfürür və faktiki olaraq, bununla da Heydər Əliyevin bu universiteti yaratması faktını tarixin səhifəsindən silməyə çalışır.

Yəqin artıq özü də anlayır ki, belə spesifik ali məktəbə rəhbərlik etmək onluq deyil. Başqa məqam: Kimsə ona deyəcəkmi ki, 6 aylıq yarıtmaz fəaliyyətin yalandan quraşdırılan 70 illiyə nə dəxli var?

T.Nəcəfov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar