Quba məhbusları azadlığa çıxdı

Prezidentin Quba səfərində məhbusların azad olunması razılaşdırılıb

27 sentyabrda 1 mart Quba hadisələrini törətməkdə ittiham edilərək həbs edilən iki məhbus Ali Məhkəmənin qərarı ilə şərti azadlığa çıxıb. Təqsirləndirilən Habil Əliyev və Səfər Qəribov bu gün azad ediliblər. Bu barədə H. Əliyev "Azadlıq"a məlumat verib. O deyib ki, həbsdə qalan digər 8 nəfər Quba məhbusu seçkilərdən öncə azadlığa çıxarılacaq.

İlham Əliyevin Quba səfərində icra başçısı prezidentdən Quba məhbuslarının azadlığa çıxarılmasını xahiş edib. Prezident buna razılıq verib. Bundan sonra icra başçısı Mübariz Ağayev məhbusların qohumlarını icra hakimiyyətinə çağıraraq onlara deyib ki, həbsdə qalan 10 nəfər seçki öncəsi azad olunacaq. O bildirib ki, Quba hadisələrini törədən şəxslər kənarda qalıb, həbs olunanlar günahsızdırlar.

Qeyd edək ki, 2012-ci ilin dekabrında Quba rayon Məhkəməsi Səfər Qəribova 5 il, Habil Əliyevə 5 il 6 ay həbs vermişdi. Quba məhbusları Cinayət Məcəlləsinin 186.2.1. (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2. (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) 233 və 315.2 (xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar