"MƏRKƏZİ BANKIN SOCAR-a VERDİYİ 2 MİLYARD..." - İqtisadçıdan sərt açıqlamalar 

"Mərkəzi Bankın analitik balansı mövzusunu bilməyən, bunu təhlil və istinad etməyi bacarmayan iqtisadçıların manatın məzənnəsini şərh etməyə mənəvi haqları yoxdur".

Bunu Vergilər Nazirliyi və Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli bildirib. "AzPolitika"nın məlumatına görə, Q.İbrahimli iddia edib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) son qərarının manata təsiri cüzi ola bilər: "Bizdə məgər qiymətli kağızlar bazarı var ki, ölkədən kapital axını da olsun? Boş-boş danışırlar. FED dərəcəsi 0,50-0,75%-dir, yəni heç 1%-də etmir. Bizdə Mərkəzi Bankın uçot dərəcəsi 15%-dir. Bu məntiqlə bizə kapital gəlməlidir. Əsas problem Beynəlxalq Bank məsələsidir".

Q.İbrahimli deputat Vahid Əhmədovun manatın həqiqi dəyərini tapanadək ucuzlaşacağı barədə açıqlamasına belə münasibət bildirib: "Hörmətli millət vəkilimiz Vahid Əhmədov da FED qərarından danışıb və manatın həqiqi dəyərini tapanadək ucuzlaşacağını deyib. Vahid müəllimə və manata məzənnə təyin edən başqa müstəqil iqtisadçılara manatın dəyəri ilə birgə əsl həqiqəti tapmaqda kömək edə bilərəm:

- 2015-ci ildə Mərkəzi Bankın SOCAR-a Beynəlxalq Bankın vasitəçiliyi ilə verdiyi vəsaitin həcmi 2 milyard manatı aşıb. Bu vəsait ABB-nin balansında əks olunmur, balansarxası hesabda gizlədilir və iqtisadiyyata kredit qoyuluşları barədə, yəni ölkənin pul-kredit statistikasında əks olunmur.

Lətifədəki kimi, Bakıda oturub Bağdadda uçan milçəyi (FED) görürlər, amma qarşılarındakı qabda plovun altındakı əti görə bilmirlər.

Manata FED-in təsiri çox olar, yoxsa Mərkəzi Bankın valyuta ehtiyatını diricənə götürüb SOCAR-a verməyin təsiri?

Hələ bircə nümunə gətirdim..."

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar