Bu gün Milli Şuranın mitinqidir- Cəmil Həsənli seçicilərlə görüşür

Bu gün-sentyabrın 28-də saat 16-dan 18-dək Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçicilərlə görüş-mitinqi olacaq. Milli Şuranın Mitinq Komitəsindən aldığımız məlumata görə, 28 sentyabr görüş-mitinqinə ciddi hazırlaşıblar və əzəmətli mitinqin keçiriləcəyinə inanırlar. Prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə nəzərdə tutulan görüş-mitinqi “Professor Cəmil Həsənliyə səs verin!”, “Doğrunu seç!”, “Konstitusiyaya əməl edək!”, “Namizədlərə bərabər şərait yaradılsın!”, “Qanunların alililiyi hamı üçündür!”, “Namizədlə görüşə əngəl yaratmayın!”, “BƏSDİR!” və seçki təbliğatına aid digər şüarlarla keçiriləcək. Cəmil Həsənlinin mətbuat xidmətindən verilən məlumatda görüşdə 10 min nəfərin iştirakının gözlənildiyi bildirilir.

Qeyd edək ki, sentyabrın 27-də saat 19:00-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçirilməsi planlaşdırılan Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin gənclərlə görüşü təxirə salınıb.

Məlumata görə, buna səbəb bu günə planlaşdırılan aksiya olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar