Hesablama Palatası Maliyyə Nazirliyini yoxlayır? - Özəl

Bir neçə gündür Azərbaycan Hesablama Palatası Maliyyə Nazirliyində əsaslı yoxlamalara başlayıb. Bu barədə "AzPolitika.info"-ya hökumətdəki mənbələrdən məlumat daxil olub. Yoxlamanın "növbədənkənar və təcili" olduğu bildirilir.

Son günlər Maliyyə naziri Samir Şərifovun yaxın ətrafında baş verənlər fonunda bu yoxlama təsadüf kimi qəbul oluna bilməz. Söhbət Azərbaycan Beynəlxalq Bankı və "Azər-Türk Bank" rəhbərliyindəki gözlənilməz, hətta sensasiyalı dəyişikliklərdən gedir.

Hesablama Palatasından "AzPolitika.info" ilə əlaqə saxlayaraq, belə bir yoxlamanın aparılmadığı bildirilib. 

Ancaq saytımıza verilən bilgidə yoxlamanın rəsmi deyil, qeyri-rəsmi şəkildə aparıldığı bildirilir.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar