Tramp sualtı dronun Çinə «bağışlanması»nı təklif edir

donald-tramp-1AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-n yeni seçilmiş Prezidenti Donald Tramp hesab edir ki, ABŞ hakimiyyəti Çin hərbçilərinin Şərqi-Çin dənizində saxladığı sualtı aparatı geri götürməməlidir.

«Biz, Çinə deməliyik ki, oğurlanmış dronu geri götürmək istəmirik - qoy, özlərinə saxlasınlar» - deyə, Tramp özünün Tvitter mikrobloqunda yazıb.

Pentaqonun məlumatına görə, dekabrın 15-də Subik-Bey bazasının şimal-qərbində (Filippin) Çin hərbçiləri Amerikanın idarə olunmayan sualtı aparatını saxlayıb. Apparat ABŞ-ın «Bowditch» okeanoqrafiya tədqiqat gəmisi tərəfindən Şərqi-Çin dənizində beynəlxalq sulara istiqamətləndirilmiş olub.

ABŞ hərbçiləri təsdiqləyirlər ki, aparat beynəlxalq normalara uyğun olaraq sualtı işlər aparıb. Çinin müdafiə nazirliyi isə öz növbəsində, bəyan edib ki, akvatoriyadan keçən gəmilərə və personala təhlükə yaranmasına imkan verməmək səbəbilə, naməlum aparat saxlanıb. Sonradan, Çin hakimiyyəti aparatı ABŞ-a qaytarmaq niyyətində olduğunu xəbər verib.

Bundan əvvəl Tramp Çinin bu hərəkətini «misli görünməmiş akt və oğurluq» adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar