MİLLİ VALYUTANIN REAL DƏYƏRİ NƏ QƏDƏR OLACAQ? - Pulu manatda olanlar 13% itirdi

manat-ucuzlasAzərbaycan Mərkəzi Bankı 2015-cı ilin 21 Dekabr tarixində Manatda 2-ci dəfə devalvasiya tətbiq edərək rəsmi olaraq 1 dolları 1.55 manata bərabər etmişdir. İki gün sonra manatın ikinci devalvasiyasından 1 il keçəcək.

2016-cı ildə Manatın məzənnəsi sabitləşmədi, milli valyuta dəyərdən düşməkdə davam etdi.

19.12.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7525 manat səviyyəsində müəyyən olunmuşdur. Beləliklə, ötən bir ildə Manat dollar qarşısında daha 13% ucuzlaşıb. Bu nisbət Manat əmanətinə bankların təklif etdiyi faizə yaxındır. Ötən ilin sonunda və ya bu ilin əvvəlində banka 12%-lə əmanət yerləşdirmiş əmanətçilər faktiki olaraq qazanmayıblar, əksinə 1% itiriblər. Pulunu evda manatda saxlayanların zərəri isə daha böyükdür.

Pulunu dollarda saxlayanlar isə təbii ki, qazanıblar.

Elə buna görə dollarlaşma azalmır, banklara əhali tərəfindən 7 milyard 413,1 milyon əmanətlərin 81,1 faizi xarici, 18,9 faizi isə milli valyutada qoyulub.

Yaxın gələcəkdə Manatın daha da dəyərdən düşəcəyi proqnozlaşdırılır. Mərkəzi Bank tam “üzən məzənnə” sisteminə keçməyi hədəfləyir. Ekspertlər Manatın dollar qarşısında 2 manat 40 qəpiyədək ucuzlaşacağını gözləyirlər.

Manat əsl dəyərini tapmaq yolundadır. Bu dəyərin hansı səviyyədə olduğu tam dəqiq bilinmir. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar