RUSİYANIN TÜRKİYƏDƏKİ SƏFİRİ ÖLDÜRÜLDÜ! - VİDEOLAR +Fotolar + 18

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı hücum nəticəsinddə həyatını itirib. Karlov xəstəxanada dünyasını dəyişib.

“AzPolitika” “milliyet”ə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib. Səfir ağır vəziyyətdə Güvən Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin bildirdiyinə əsasən səfirin elə hadisə yerindəcə keçindiyi təxmin olunur, çünki terrorçu onu ilk atəşdə yaraladıqdan sonra başından kontrol atəşi də açıb. Səfir yerdə hərəkətsiz qalıb.

 

Səfirin danışmağa başladığı an. 1 saniyə sonra atəş açılır...

****

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova silahlı hücum olub.

"AzPolitika" "milliyet"ə istinadən xəbər verir ki, hadisə Ankara Müasir Sənətlər Mərkəzində rəsm sərgisinin açılışı mərasimində baş tutub.

Verilən ilkin məlumata görə, silahlı şəxs Andrey Karlova 3 dəfə atəş açıb, səfirin kürək nahiyəsindən yaralandığı bildirilir. Səfir ilə yanaşı digər 3 nəfərin də yaralandığı bildirilib.

Star TV-nin məlumatına görə, silahlı şəxs zərərsizləşdirilib. Səfir Andrey Karlovun isə vəziyyəti ağırdır.

Şahidlərinin sözlərinə görə, səfir "Səyahətçinin gözü ilə Kalininqraddan Kamçatkaya Rusiya" adlı sərginin açılışında çıxışına başlayan zaman naməlum şəxs "Günahsız insanları öldürdünüz, ya Allah, Bismillah, etdiklərinizə icazə verməyəcəyik. Mən buranı ölmədən tərk etməyəcəyəm, mənə yaxınlaşmayın" qışqıraraq cibindən çıxardığı silahdan bir neçə dəfə atəş açaraq onu yaralayıb. Bundan sonra havaya dəfələrlə atəş açıb və tədbir iştirakçılarının salondam çıxmasını tələb edib.

Məlumatda A.Karlovun ağır vəziyyətdə Güvən Xəstəxanasına qaldırıldığı, ölən və yaralananların olduğu, polisin cinayətkarı zərərsizləşdirdiyi bildirilir.

Türkiyə mətbuatında hadisəni törədən şəxsin fotosu yayılıb. Ölkənin daxili işlər naziri Süleyman Soylu hadisə yerindədir, araşdırma aparılır.

“AzPolitika” Türkiyə mətbuatına istinadən səfirə atəş açan şəxsin fotolarını təqdim edir:

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar