Hesablama Palatası Vergilər Nazirliyini də "vurdu"

"Vergilər Nazirliyinin amansız sanksiyaları dövlət büdcəsinin xeyrinə deyil"

Hesablama Palatası 6-cı Ərazi İdarəsində (cənub iqtisadi rayonu) yoxlama əsasında Vergilər Nazirliyində maliyyə intizamının pozuntuları barədə hesabat yayıb.

Daha tipik nöqsan bəyannamə təqdim etməyən və ya ƏDV və mənfəət vergisini gecikdirən hüquqi şəxslər qismindən intizamsız vergi ödəyicilərinə qarşı prinsipial mövqeyin olmamasıdır. Bir çox işəgötürənlər muzdlu işçilərlə müqavilə bağlamır, bir sıra fiziki və hüquqi şəxslər xronometraj qaydalarının pozulması üzündən eyni vergini bir neçə dəfə ödəyir. İqtisad məhkəmələrinin vergi ödənişi üzrə qərarlarının uçotu aparılmayıb, bu, dövlət büdcəsinə ödənişlərdə kəsir yaradıb. Nəticədə 600 minmanat vəsait çatmayıb. Sonradan (Hesablama Palatası qarıçandan sonra) səyyar və kameral yoxlamalar nəticəsində kəsir doldurulub.

Arayış üçü - Vergilər Nazirliyinin 6-cı Ərazi İdarəsinə 46 min 325 aktiv vergi ödəyicisi hesabat verir.

Hesablama Palatası ötən il ölkə üzrə 75 auditor yoxlaması aparıb, bütün hallarda cinayət tərkibi müyyən edib. Bir sıra materiallar Baş Prokurorluğa, qalanları Milli Məclisə göndərilib.

Hesablama Palatası 7 dekabr 2001-ci ildən fəaliyyət göstərir və büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edir. Rəhbər işçilər (kollegiya üzvləri – sədr, müavinləri və 7 auditor) 7 ildə bir dəfə seçilir.Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir.

“İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar