Akademik Arif Mehdiyevlə vida mərasimi keçirilir

AMEA-nın Əsas binasında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasimi keçirilir.

"Report"un xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, hökumət nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar iştirak edirlər.

Akademikin birinci Fəxri xiyabanda dəfn olunacağı bildirilir.

Qeyd edək ki, A.Mehdiyev 1934-cü ildə Bakıda anadan olub.

Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. A.Mehdiyev 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar