DAHA BİR BANKIN BAĞLANACAĞI GÖZLƏNİLİR - Maliyyə vəziyyətləri ağırdır

Yaxın vaxtlarda Azərbaycanda daha bir bank bağlana bilər. Bu barədə "AzPolitika.info"ya bank sektoruna yaxın mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, hazırda "Muğanbank”ın daxilində bu bankın bağlanacağı ilə bağlı ciddi narahatçılıq hökm sürür.

Bu da təsadüfi deyil. Devalvasiyadan sonrakı dövrdə bankın maliyyə vəziyyəti xeyli pisləşib. Vəziyyətdən çıxmaq üçün banklar bəzi addımlar atsalar da, bunun yetərli olacağı şübhə altındadır.

Belə ki, "Muğanbank” böhranın təsirini azaltmaq məqsədilə işçilərin sayını ixtisar edib. Bu ilin ilk yarısında “Muğanbank” ASC-nin işçilərinin sayı 10%-ə yaxın azalıb. Bu barədə bu günlərdə bankın özünün yaydığı məlumatda xəbər verilib. Məlumata görə, “Muğanbank”ın işçilərinin sayı ilin əvvəlilə müqayisədə 84 nəfər azalıb. İxtisarların ilin ikinci yarısında da davam etdirildiyi, ancaq bunun problemi həll etmədiyi bildirilir.

Xatırladaq ki, “Muğanbank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65 mln. manatdır. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Qeyd edək ki, “Muğanbank” ASC maliyyə bazarında aktiv olan banklardan deyil. Ona görə də, bu bankın problemlərinin həlli üçün hökumətin yardım edəcəyi də gözlənilmir. Odur ki, ekspertlər “Muğanbank”ın lisenziyasının ləğv olunması ehtimalını yüksək qiymətləndirir.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar