Məleykə Əsədovaya 150 minlik maşını kim alıb?-FOTO

O, 150 minlik “Maserati Quattroporte” markalı avtomobilini nümayiş etdirib

Xalq artisti Məleykə Əsədova hərkəsin marağına səbəb olan yeni foto paylaşıb. ANSpress-in məlumatına görə, aktrisa bahalı avtomobilinin fotosunu şəxsi İnstagram səhifəsində yerləşdirib. Sosial şəbəkənin aktiv istifadəçisi olan sənətçilərin siyahısına daxil olan Məleykə xanım bu dəfə 150 minlik “Maserati Quattroporte” markalı avtomobilini nümayiş etdirib. Aktrisa evinin həyətində çəkdirdiyi həmin şəkili izləyicilərinin ixtiyarına buraxıb.

Qeyd edək ki, sənətçinin avtomobili ilə yanaşı yüksək qiymətli avtomobil seriyası da diqqət çəkib. Şəkil İnstagramda izləyicilər tərəfindən müzakirə olunub.

Qeyd edək ki, Məleykə Əsədovanın aktrisa kimi qazancı ona 150 minlik maşın almağa imkan vermir. Ərindən boşndığından maşını ona həyat yoldaşının almadığı da məlumdur. Biz biləni biznesi də yoxdur. Belə də Məleykə Əsədovaya 150 minlik maşını kimin aldığı sualı yaranır. Bu zaman adətən sponsorlar yada düşür. Maralıdır, Məleykə xanımın sponsoru kimdir?

Xatırladaq ki, bir müddət əvvəl Məleykə Əsədovanın adı Xəzər Dəniz Gəmiçiliyini sabiq rəisi Aydın Bəşirovun ona ev bağışlaması ilə gündəmə gəlmişdi.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar