SƏFİRİN QƏTLİ – “Frans Ferdinandın öldürülməsini yada saldı...”

“Rus diplomatının öldürülməsi Türkiyə və Rusiyanı nə üçün yaxınlaşdıra bilər”

Rusiya diplomatının Türkiyə paytaxtında səs-küylü qətli, ershersoq Frans Ferdinandın 1914-cü ildəki qətlini yada saldı və kimlərsə artıq hadisənin regional münaqişəyə dönəcəyi üzərində ehtimallar qurmağa başlayıblar.

Lakin Türkiyə və Rusiya rəhbərləri ikitərəfli münasibətlərə ziyan dəyməsinin qarşısını təxirəsalınmadan almağa çalışıblar. Analitiklər deyirlər ki, Ərdoğan və Vladimir Putin çox böyük ehtimalla bu qətldə özlərinin strateji düşmənlərinin izinin olduğu qənaətinə qələcəklər.

Ərdoğan Putini səfir Karlovun qətlini müzakirə etməyə çağırıb və həmçinin onu da deyib ki, hər iki lider terrorizmlə mübarizədə bundan sonra da həmrəy olacaqlar. Türkiyəli şərhçi Mustafa Akyol deyir ki, Ərdoğan və Putin öz düşmənlərini barmaqla göstərmək istəyirlər. O, bildirib: ”Hər iki tərəf hesab edir ki, Qərb onları bir-birinə qarşı qoymaq istəyir”.

Diplomatik analitiklərin sözlərinə görə, hər iki ölkə liderinin Suriya ilə əlaqədar əldə olunmuş ümumi razılaşmadan imtina etməyə əsaslı səbəbləri yoxdur. Çünki həmin razılaşmanın şərtlərinə görə, hər tərəf bu müharibədə öz maraqlarına uyğun davrana bilər.

Türkiyə elə edib ki, onun Suriyanın şimalına müdaxiləsi Hələbin mühasirəsini zəiflətməyib. Bu arada əksəriyyət hesab edir ki, Moskva, Türkiyə qoşunları tərəfindən Suriyanın şimalındakı Əl-Bab şəhərinin alınmasına razılıq verib. Bu isə Türkiyənin cənub cinahındakı kürdlərin Rojava muxtar dairəsinin möhkəmlənməsinin qarşısını alacaq.

Atlantik şurası analitik mərkəzinin aparıcı əməkdaşı Aaron Ştayn deyib: “Rusiya və Türkiyənin bu böhranın önünü kəsmək üçün bütün stimulları var. Hələbdəki məcburi təxliyə ruslara fəaliyyət imkanları açır, digər yandan isə kürd ekspansizminin qarşısını almaq üçün Əl-Bab rayonundakı əməliyyatlara Rusiya səssiz razılıq bildirir. Səfirin öldürülməsi ikitərəfli münasibətləri bu günkünə nisbətən daha asimmetrik edə bilər. Rusiyanın həmişə üstünlüyü olub. Bu isə onu daha da qüvvətləndirir”.

Türkiyənin baş naziri Binəli Yıldırım qeyd edib ki, qətl hadisəsinin arxasında “qara qüvvəllər” dayanır. Putin səfir Karlovun öldürülməsini Rusiya–Türkiyə münasibətlərini pozmağa yönəlmiş təxribat adlandırıb. Bu Moskvanın xarici düşmənlərin qəsdini nəzərdə tutan kodlaşdırılmış sözdür.

Hər iki ölkənin hakimiyyətyönlü şərhçiləri belə güman etməyə başlayıblar ki, bunun arxasında Qərbin hansısa görünməyən əli dayanır. Hadisələrə bu cür yanaşma Putin və Ərdoğanın konspiroloji nöqteyi-nəzərlərinin təsdiqi deməkdir.

Rusiyalı senator Frans Klinsçeviç bildirib ki, Karlovun qətli arxasında çox böyük ehtimalla NATO-nun xarici kəşfiyyat nümayəndələri durur. Başqa bir senator Aleksey Puşkov “Tvitter”də yazıb ki, əsas məsələ ondan ibarətdir ki, bu qətlin arxasında duranlar elə Rusiyaya qarşı elan edilməmiş müharibənin arxasında duranlardır.

Türkiyə prezidentinin tərəfdarları belə bir nəzəriyyə irəli sürürlər ki, qatil Ərdoğanın siyasi rəqibi olan və Amerikada mühacirətdə yaşayan Fətullah Gülənin dəstəkçilərindəndir. Türkiyə prezidenti gülənçiləri iyul ayındakı dövlət çevrilişinə cəhddə ittiham edir. Ərdoğan hakimiyyətdə, orduda, məhkəmə sitemində və mətbuatda ehtimal edilən minlərlə Gülən tərəfdarlarını həbs edib. Gülənin ekstradisiyasının Amerikadan tələb olunması Türkiyə ilə ABŞ arasındakı ikitərəfli münasibətlərin sərinləşməsinə səbəb olub.

Karnegi fondunda işləyən diplomat Sinan Ulgen söyləyib ki, Ankarada baş verən terror hadisəsi 2015-ci ilin noyabrında baş verən böhran kimi olmayacaq. O deyib: “Bu dəfə tərəflər gərginlik yaratmağa cəhd göstərməyə niyyətli deyillər. Əksinə, birinci rəsmi şəxslərin bəyanatları onu göstərir ki, səfirə qarşı olan terror aktı, Ankara və Moskva arasında davam edən yaxınlaşmanı pozmaqdan ibarət bir cəhddir. Amma irəliyə nəzər salıb demək olar ki, cinayətin mənbəyini tapmaq üçün Moskva bu hücümun çox ciddi və dəqiq şəkildə araşdırılmasını istəyir. Hələlik bu qətlin təkbaşına şəxs tərəfindən həyata keçirildiyi və ya bunun Türkiyə hüquq-mühafizə orqanlarına sızmış hansısa cihadçı hücrə tərfindən təşkil edildiyi bəlli deyil”.

Rusiyanın beynəlxalq məsələlər şurasının Yaxın Şərq üzrə ekspertİ Maksim Suçkovun fikrinə görə, bu qətlin iri miqyaslı böhrana çevrilməsində Moskva və Ankaranın heç bir siyasi maraqları yoxdur. O hesab edir ki, ershersoq Frans Ferdinandın bir əsr əvvəl öldürülməsi hadisəsi ilə müqayisə tamamilə yanlış yanaşmadır.

Maksim Suçkov daha sonra deyib: ”Son zamanlar Rusiya və Türkiyə yüksək hərbi və siyasi səviyyədəkı əlaqələrə xüsus önəm verirlər. Birinci Dünya Müharibəsi ilə analogiya aparmaq olar. Lakin Ərdoğan Putinlə birlikdə böhranın aradan qaldırılması üçün vaxtında və effektli diplomatik səylər göstərərlərsə, onda ikitərəfli münasibətlərdə ciddi problemlər yaranmayacaq. Bu gün Moskva və Ankaradan çox şey tələb olunur”.

(“The Guardian”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar