Elman Rüstəmovdan “Bank of Azərbaycan” mesajı- "Problemləri var"
Mərkəzi Bankın sədri bildirib ki, hazırda bankın sahibləri və səhmdarları ilə danışıqlar aparılır
““Bank of Azərbaycan”ın likvidlik problemi var”. APA-nın xəbərinə görə, bunu Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Elman Rüstəmov bildirib ki, hazırda bankın sahibləri və səhmdarları ilə MB arasında danışıqlar aparılır: “Bu problemin aradan qaldırılması istiqamətində işlər görülür”.
E. Rüstəmov, haqqında məhkəmə qərarı olan “Kövsər bank”la bağlı suallara cavabında deyib ki, Mərkəzi Bank “Kövsər Bank”ın kreditləşmə proqramına baxacaq və bu proqrama məqbul sayılacaqsa, bank fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, 2013-cü ilin yanvarına qədər “Bank of Azərbaycan”ın əsas səhmdarı Ziya Məmmədovun oğlu Anar Məmmədov olub. Həmin vaxta qədər bank de-yure Məmmədovlara məxsus olan “ZQAN Holding”-in (indi adı dəyişərək “Qarant-holding” olub) tərkibində idi. 2013-cü ilin yanvarında isə, A.Məmmədov səhmlərini “Bağlan Group”un rəhbəri, “Hafka” ləqəbli Hafiz Məmmədovun oğlanlarına satıb. Hazırda bankın səhmləri belə bölüşdürülüb: Məmmədov Kənan Hafiz oğlu 21 817 500 AZN (43,63%) Məmmədov Sənan Hafiz oğlu 21 817 500 AZN (43,63%) Məmmədov Mübariz Məcid oğlu 6 030 000 AZN(12,07%) NEM Holdinq 335 000 AZN (0,67%). A.Məmmədov səhmlərini H.Məmmədovun oğlanlarına satandan sonra bank Qarant-holding-in tərkibindən çıxıb. Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.
Düzdür, Bank of Azerbaijan”-nın baş ofisi yayılan xəbərləri təkzib edən bəyanat yayıb. Bəyanatda bildirilib ki, “Bank of Azerbaijan”-nın müflis olması üçün heç bir əsas yoxdur: "Bankın vəziyyəti stabildir və adi qaydada öz fəaliyyətini davam etdirir. Bildirmək istəyirik ki, məlumatda yer alan iddialar tam əsassızdır. “Bank of Azerbaijan” Mərkəzi Bankın tələblərinə uyğun olaraq nizamnamə kapitalını 50 milyon manata çatdıran banklar sırasındadır. Bankın məcmu kapitalı isə 50,426 milyon manat təşkil edir. Bunları nəzər alaraq bildirmək istəyirik ki, bankımız haqqında dərc olunan bu tipli məlumatlar şayiədən uzağa getmir. Bankımızın maliyyə vəziyyəti sabitdir".
İkinçisi, Elman Rüstəmov jurnalistlərə açıqlaması göstərdi ki, “Bank of Azerbaijan”da vəziyyət heç də ürəkaçan deyil. Banda problemlər var. Bu problemlər isə banka qoyulan 34 milyon manatlıq əmanətlər təhlükədəyə salır. Bank bağlanarsa bu böyüklükdə vəsaiti əmanətçilərə kim qaytaracaq?
Hər halda Elman Rüstəmov mesajını verdi. Gerisi bankın müştərilərinin öz seçimidir.
Rasim
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.