AMEA PREZİDENTİNİN GÖZÜNƏ və ÜZÜNƏ NƏ OLUB? - Açıqlama + FOTOLAR

Dərc olunub: 24/12/2016 - 15:21

img-1135.JPG.pagespeed.ce.JtHDwmLmvz

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə gözündəki problemi əks etirən fotoların sosial şəbəkələrdə yayılmasını və müzakirə mövzusuna çevrilməsini şərh edib.
Akademik A.Əlizadə Ölkə.Az-a eksklüziv açıqlamasında gözündən əməliyyat olunduğunu bildirib:”Gözümlə bağlı yayılan məlumatlardan xəbərim var. Axı burada qeyri-adi nə var? Bu, hər bir adamın başına gələ bilər. Allahdan arzu edirəm ki, bu cür hadisə heç kəsin başına gəlməsin”.

A.Əlizadə həmçinin qeyd edib ki, Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsində AMEA-nın fəaliyyəti üçün ayrılan vəsaitlərin həcmində azalma nəzərdə tutulmayıb: “AMEA-nın 2017-ci ildə fəaliyyəti üçün ayrılacaq vəsaitlərin həcmində azalma nəzərdə tutulmur. Bununla bağlı səslənən bəzi fikirlər doğru deyil. AMEA-nın büdcəsində heç bir azalma olmayıb, əksinə 2016-cı ildəki qədər saxlanılıb. Akademiya 2016-cı ildə necə inkişaf edibsə, 2017-ci ildə də eyni templə inkişaf edəcək. Hətta, 2017-ci ildə AMEA-nın özü belə gəlir gətirmək imkanı yaradıb”.

Onu da qeyd edək ki, “AzPolitika”nın müraciət etdiyi tibb ekspertləri Akif Əlizadənin gözündəki və üzündəki qaraltıların əməliyyat izinə oxşamadığını vurğulayıblar.
xakif-164.jpg.pagespeed.ic.PFJ2SI3fw9
2.jpg.pagespeed.ce.1iuyHcgvN03.jpg.pagespeed.ce.prG_rpo1muimg-1135.JPG.pagespeed.ce.JtHDwmLmvzimg-1132-kopya.jpg.pagespeed.ce.UrKzsRcrxy


loading...


Fikrinizi bildirin