Hakimiyyəyt Əl Kərimlinin oğlunun həbsinə haqq qazandırmaq istəyir

Cəmil Həsənlinin plakatını cırana 25 sutkalıq həbs verməklə

Azərbaycanda prezidentliyə namizədin şəklini cıran daha bir nəfər həbs edilib. Nərimanov Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 30 yaşlı Şahin Şamil oğlu Rzayev dünən paytaxtın Ağa Nemətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən tablodan prezidentliyə namizəd Cəmil Həsənlinin şəklini cırarkən Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində protokol tərtib edilərək materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş. Rzayev 25 sutka inzibati həbsə məhkum edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl hakimiyyətin sifarişilə AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimliyə prezidentliyə namizədlərin şəkillərini cırdığı ilə bağlı saxta ittiham irəli sürülərək, onu 25 sutka inzibati həbsə məhkum ediblər. Bu da həm ölkə daxilində, həm də beynəlxaq aləmdə ciddi etirazlara səbəb olub. Görünür bu səbəbdən də hakimiyyət Cəmil Həsənlinin plakatını cırmaq adı ilə kimisə həbsə aldığı barədə məlumat yayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar