CAHANGİR ƏSGƏROVUN BATUMİDƏKİ OTELİ... - FOTOLAR

Azərbaycanlı oliqarxların Gürcüstanın turizm sektoruna investisiya yatırmağa xüsusi maraq göstərdiyi məlumdur.

Bu ölkədə turizm sektoruna investisiya qoyan xarici iş adamları üçün əlverişli şəraitin yaradılması Azərbaycan da daxil olmaqla bir çox ölkələrdən investorların Gürcüstana marağını artırıb.

Son illər bir çox azərbaycanlı oliqarxlar Gürcüstanın Qara dəniz sahillərində geniş ərazilər və daşınmaz əmlak alırlar. Onlardan biri də AZAL prezidenti Cahangir Əsgərovdur.

Virtualaz.org saytı Gürcüstan mənbələrindən öyrənib ki, C.Əsgərovun ailə biznes imperiyasının cəmləşdiyi “Gazelli” şirkəti Batumidə beşulduzlu dəbdəbəli otel inşa edir.

Otel Qara dəniz sahilində, Batumi akvaparkının yaxınlığında yerləşir, sahəsi 21 min kvadratmetr təşkil edir. Hazırda otelin tikintisi tamamlanmaq üzrədir. “Gazelli Hotel” 2015-ci ildə istifadəyə veriləcək.

“Gazelli Hotel” Batumidə tikilməkdə olan 14 turizm obyektindən biridir. Bu obyektlərin əksəriyyətini türkiyəli investorlar tikir.

Həmçinin ABŞ, İtaliya, İsveçrə və Rusiyadan olan investorlar da Batumidə turizim obyektləri inşa etməkdədir.

Xəbər verdiyimiz kimi, Azərbaycandan olan digər investor, “ADO-G” şirkətlər qrupunun sahibi Musa Süleymanov da Batumidə “kubik-rubik” formasında beşulduzlu otel və kazino inşasını planlaşdırır. Lakin otel üçün ayrılmış ərazi 2012-ci ildə hasarlansa da hazırda tikinti getmir. C.Əsgərovun obyektində isə tikinti işləri sürətlə gedir.

Gürcüstanın turizm sektorundakı qaynaqlar bildirir ki, sözügedən layihələrin hamısı Mixail Saakaşvilinin hakimiyyəti dövründə başlamışdı. Belə ki, 2010-cu ildə prezident Saakaşvili tərəfindən yeni Vergi Məcəlləsi təsdiqlənib. Həmin məcəllə xarici investorlar üçün vergi dərəcələrinin aşağı salınmasını və digər güzəştləri nəzərdə tutur. Nəticədə xarici investorların Gürcüstana marağı artıb.

Amma Saakaşvili hakimiyyətinin dəyişməsindən və Georgi Marqvelaşvilinin prezident seçilməsindən sonra bir çox investorlar öz layihələrini dayandırıblar.

Qeyd edək ki, “Gazelli Group” şirkətini C.Əsgərovun xanımı idarə edir. 1999-cu ildə yaradılan bu şirkət Azərbaycanda ilk kosmetik məhsullar istehsalçısıdır. Şirkətin Bakıda parfümeriya satışını həyata keçirən mağazalar şəbəkəsi, elit gözəllik və SPA salonları var. Şirkətin turizm biznesindəki layihələri barədə məlumat yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar