ABŞ TANKLARININ AVROPAYA HƏRƏKƏTİ BAŞLAYIB! – Soyuq müharibədən sonra bir ilk

Dərc olunub: 28/12/2016 - 00:06

“Rusiya sərhədləri yaxınlığında NATO-nun ən böyük hərbi möhkəmləndirmə əməliyyatıdır”

56eaaa70672de.

Pentaqon ağır texnikanı Avropanın dörd nöqtəsinə yollamağa başlayıb. Bu, Rusiyanın təcavüzkarlığı zamanı müttəfiqlərinin sakitləşdirilməsi çərçivəsində NATO-nun “Atlantik ehtiyat qüvvələri” əməliyyatının bir hissəsidir. Hazırda baş verənlər soyuq müharibədən indiyədək Rusiya sərhədləri yaxınlığında NATO-nun ən böyük hərbi möhkəmləndirmə əməliyyatıdır.

Haqqında söhbət salınan dörd nöqtə – Belçika, Almaniya və Niderlandda yerləşir. Əsas etibarı ilə burada söhbət soyuq müharibə dövründə istifadə edilən strukturlardan gedir. 1600 ədəd ağır texnikanın Niderlanddakı Eyqelsxovendə yerləşdirilməsi nəzərdə tutulur. Zirehli texnika işərisində “M1 Abrams” tankları, ”Bredli” döyüş maşınları və özüyeriyən “M109 Paladin” haubitsaları yer alır. Sovet İttifaqının Avropaya müdaxiləsi ehtimalını nəzərdə tutub, bu bazanı 1985-ci ildə açmışdılar. Həmin baza 2006-cı ildə ləğv olunmuşdu. Bu ilin sentyabr ayında Pentaqon formal olaraq həmin bazanı yenidən öz ixtiyarına keçirib. Silahların və texnikanın saxlanılması üçün nəzərdə tutulmuş dörd məntəqə ABŞ-a 6 min ədəd ağır texnikadan anında istifadə etməyə imkan verir.

“Army Prepositioned Stocks” adlı konsepsiya dünya səviyyəsindəki fövqəladə vəziyyətlər zamanı hərbi ehtiyatların dünyanın strateji nöqtələrinə paylanılmasına hesablanıb. Hər bir hərbi anbar qoşunların təchizatı üçün cavabdehlik daşıyır və əlavə olaraq da yeni avadanlıqların lazımı səviyyədə yerləşdirilməsinə təminat verir.

- ABŞ-ın zirehli texnikası Avropada

Gələn ilin yanvarında yeddi batalyonun bazası əsasında formalaşan tank briqadası Polşaya yollanacaq. ”M1 Abrams” tanklarından formalaşdırılan birinci batalyon Estoniya və Latviya ərazisində yerləşdiriləcək. ”M1 Abrams” tankları əsasında formalaşan batalyon isə Almaniyada fəaliyyətdə olacaq. “Bredli M-2” və “Abrams” tankları ilə təchiz olunmuş iki mexanikləşdirilmiş piyada batalyonu Rumınıya və Bolqarıstanda xidmət göstərəcək. Briqadanın komandanlığı iki batalyonla birlikdə Polşada yerləşəcək.

Soyuq müharibənin qaynar vaxtında Almaniya ərazisində 6 min tankdan ibarət 20 Amerika tank diviziyası vardı. Soyuq müharibə qurtardıqdan 2013-cü ilə kimi Amerikanın ağır texnikasının tədricən çıxarılmasına başlandı. Hazırda orada “29 Abrams” tankı və 33 “Bredli” döyüş maşını var.

Plan çərçivəsində Nyu-York yaxınlığındakı Fort-Dram qarnizonu bazasında yerləşən onuncu dağ diviziyası gələn ilin martında Almaniyaya çatdırılacaq. Latviya, Rumıniya və Polşa ərazisində 1750 əsgər, ”CH-47 Chinook”, ”UH-60 Blackhawk”, ”Medevac” vertolyotları daxil olmaqla, 60 uçuş aparatı növbəli şəkildə xidmətdə olacaq. Ümumiyyətlə isə yaxın dörd ay ərzində Avropaya 6 min amerikan əsgəri gələcək.

- İngilis batalyonu Estoniyada

Fransa Estoniyaya 300 əsgər və beş ədəd üçüncü nəsil “Leclerc” tankları göndərəcək. Gələn ilin yazında Estoniyada fəaliyyətə başlayan fransız əsgərləri ingilis batalyonun tərkibində olacaqlar. London isə Estoniyaya 800 əsgər, dörd ədəd “Challenger 2” tankı və sayının nə qədər olacağı hələlik bəlli olmayan “Warrior” piyadaların döyüş maşını yollayacaq. Logistika isə Danimarka tərəfindən təmin ediləcək. Batalyon Estoniyanın şimal-şərqindəki Tapa bazasında yerləşəcək. Bu baza vaxtı ilə sovet müdafiə sistemiə daxil olub.

- Alman batalyonu Litvada

Almaniya Litvaya “Leopard 2” tankları ilə formalaşdırılmış batalyon yollayacaq. Batalyonun şəxsi heyəti min nəfər olacaq. Onların 450-650 nəfəri Almaniyadan gələcək. Yerdə qalanları isə fransız, belçikalı və xorvat əsgərlərindən ibarət olacaq.

- Kanada batalyonu Latviyada

Kanada komandanlğı altındakı batalyon gələn ilin yanvarından Latviyada yerləşdiriləcək. Hərbi personalın sayı Kanada, Albaniya, İtaliya, Polşa və Slovakiyadan toplanan min nəfərdən ibarət olacaq. NATO qalxanı altındakı dörd batalyon daimi olaraq bir-birlərini əvəzləyəcəklər. Ordulara komandanlıq və nəzarət edilməsini Avropadakı müttəfiq güclərin baş qərargahı öz üzərinə götürəcək.

Əlbəttə, nəzərə alsaq ki, minlərlə rus əsgəri və yüzlərcə zirehli texnika 60 saat ərzində Baltik ölkələrinin paytaxtlarını zəbt edər, onda sözsüz ki, dörd batalyon effektli önləyici güc sayıla bilməz. Ona görə də NATO 40 min nəfərdən ibarət çevik hərəkət gücünün formalaşmasını və onları gələcəkdə Baltik ölkələrinə və Polşaya yerləşdirəcəyini təsdiq edir. Bu güclərin tərkibi hələlik müəyyənləşməyib, lakin onların döyüş hazırlığına gətiriləcəyi həqiqətə uyğundur.

(“İl Giornale”-İtaliya)


loading...


Fikrinizi bildirin