Gültəkin Hacıbəylidən Səməd Seyidovu utandıracaq cavab

“Bu səviyyəsiz yazının altına imza atmaqla Səməd Seyidov özü-özünə qiymət verib”

YAP-çı deputat, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçmiş həmkarı Gültəkin Hacıbəyli haqqında məqalə yazıb. YAP-çı deputat əsasən Gültəkin Hacıbəylinin Milli Məclisin və AŞPA nümayəndə heyətinin üzvü olduğu dövr üzərində fokuslaşıb və onu mənfi xasiyyətə malik biri kimi təqdim etməyə çalışıb.

Bir növ siyasi dedi-qodu janrında olan bu yazıya Gültəkin Hacıbəylinin mövqeyini öyrənmək istədik. Keçmiş millət vəkilinin cavabı qısa oldu: “Görün hakimiyyətin vəziyyəti nə qədər gərgindir ki, öz ağır artilleriyalarını qadın qeybətləri səviyyəsinədək xırdalamağa məcbur olur. Mən Səməd Seyidovun yazısına heç bir qiymət verməyəcəyəm. Bu səviyyəsiz yazının altına imza atmaqla Səməd Seyidov özü-özünə qiymət verib”.(azadliq.info)

Qeyd edək ki, həqiqətən cox səviyyəsiz şəkildə qələmə alınan həmin yazını alim adını daşıyan Səməd Seyidovun yazdığı inandırıcı görünmür. Ən azı az-çox mütərəqqi fikirli insan kimi tanıdığımız Səməd Seyidovun bu qədər düşük, cılız və bir o qədər də mənasız ittihamlarla dolu bir cızma-qaraya müəlliflik etdiyinə inanmırıq. Ehtimal ki, bu yazı başqası tərəfindən yazılıb, Səməd Seyidovun imzası ilə verdirilib.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar