PENSİYAYA ÇIXMAQ YAŞI YENİDƏN ARTIRILIR - Qanun layihəsi Milli Məclisdə

Azərbaycanda peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması, pensiya sistemi ilə bağlı digər düzəlişləri özündə əks etdirən “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisə daxil olub.

APA-nın məlumatına görə, qanun layihəsinin bu ilin sonunda müzakirəyə çıxarılması nəzərdə tutulsa da, sənədin müzakirəsinin vaxtı dəyişdirilərək parlamentin 2017-ci il yaz sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.

Daxil olan layihədə hərbçilərlə bağlı əmək pensiyası üçün yaş həddinin artırılması məsələsi əks olunmayıb. Digər bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı isə müvafiq olaraq artırılır. Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ilk dəfə 2009-cu ildə pensiyaya çıxma yaşı artırılıb2009-cu il oktyabrın 27-də Milli Məclisdə iki saatlıq müzakirədən sonra qəbul edilən «Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişikliklərə 104 deputat «hə», yalnız iki millət vəkili «yox» deyib.

Həmin il çoxuşaqlı anaların pensiyaya çıxmaq üçün imtiyazları ləğv edildi, qadın və kişilərin isə pensiya yaşı artırıdırıldı. Qadınlar o vaxtdək pensiyaya  57 yaşında çıxırdısa, dəyişikliklə bu 60 yaşa qaldırıldı.

Həmin qanuna görə, çoxuşaqlı analar da artıq pensiyaya 60 yaşında çıxır. Əvvəlki qanun isə üç və daha çox uşağı olan analara güzəşt edirdi, belə ki, ana hər uşağa görə bir il imtiyaz alırdı. Yeni qanunda belə qadınlar da əmək pensiyası almaq üçün 5 il yox, 12 il işləməli olacaqlar.

Kişilərin isə pensiya yaşı 62-dən 63-ə qaldırıldı.

Ancaq görünür ölkədəki maliyyə böhranının dərinləşməsi hökuməti kəmərləri bir qədər də sıxmağa məcbur edir. Hökumət büdcənin sosial yükünü azaltmaq üçün, pensiya yaşını yenidən qaldırmaq qərarına gəlib.

Düzdür, hələlik peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin və pensiyaya çıxmaq üçün tələb olunan iş stajının artırılması haqqında danışılır. Ancaq "AzPolitika.info"ya daxil  olan məlumata görə, bütövlükdə əhalinin pensiyaya çıxma yaşının artırılması da müzakirə mövzusudur. Hökumət daxilində qadın və kişilərin pensiyaya çıxma yaşınının 65-ə qaldırılması istiqamətində müzakirələrin başladığına dair məlumatlar var. Belə müzakirələrin adətən nə ilə nəticələndiyi isə hamımıza məlumdur. 

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar