Xəstəxanalarda əməliyyat qiymətləri məlum oldu

Xestexana 2İcbari tibbi sığorta sistemi işə düşdükdən sonra bütün səhiyyə xidmətləri üçün vahid tariflər tətbiq ediləcək. Hələlik isə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən bu qiymətlər ancaq Yevlax və Mingəçevirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan tibb müəssisələrində tətbiq ediləcək.

Fins.az-ın araşdırması göstərdi ki, rəsmi təsdiq edilən əməliyyat qiymətləri o qədər də ucuz deyil. Məsələn, daha geniş yayılan normal doğuş üçün 3 gün xəstəxanada qalmaq şərti ilə 300 manat ödəniləcək. Çoxdöllü hamiməliklərdə isə bu qiymət 400 manat olacaq.

Keysəriyyə  əməliyyatları təkdöllü hamiməliklərdə 400 manat, çoxdöllü hamiləlikdə isə 500  manat olacaq. Süni abort üçün   50 manat ödəniləcək.

Qaraciyərdə abses əməliyyatı 980 manata başa gələcək. Xidmətə anesteziya və 3 gün stasionarda qalmaq daxildir.

Qeyd edək ki, bir çox əməliyyatlarda tibbi vasitələr həmin qiymətə daxil deyil. Xəstəxanalardakı əməliyyat qiymətlərinin tam siyahısını təqdim edirik.

Linkdəki siyahıda 28-74-cü səhifələrdə əməliyyat qiymətləri yer alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar