YANAN BİNAYA GÖRƏ TUTULANLAR AZADLIĞA BURAXILDI - Məhkəmə qərarı

Xətaidə yanan binaya görə tutulanlar məhkəmə zalından azadlığa buraxıldı

photo_27705

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyərək, barələrində ədalətli hökm çıxarılmasını istəyiblər.

Sonra hakimlər kollegiyası müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, F. Sadıqov və Z. Əşrəfova barələrində 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən, sonradan vəfat edən Nüsrət Muxtarovla bağlı cinayət işinə xitam verilib.

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada vəfat edib. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar