TRAMPIN TƏSƏVVÜRÜNDƏKİ “YENİ YALTA” – ABŞ və Rusiya dünyanı yenidən bölüşdürürlər

Putin-Tramp2

Əsas təhlükə ondadır ki, ABŞ və Rusiya öz aralarında maraq sferasını bölüşdürərək, müttəfiqlərinə yalnız tamaşaçı rolu ayırırlar.

Putin tərəfindən ordenlə mükafatlandırılan neft sənayeçisi Reks Tillersonu dövlət katibi təyin etməklə, Donald Tramp Amerikanın xarici siyasətindəkı mövcud qaydaları pozmaq arzusunu dilə gətirir və heç də zarafat etmir.

Belə görünür ki, Tramp dünyanın qalan hissəsinə münasibətdə millətçilik və avtoritar merkantilizm əhval-ruhiyyə nümayiş etdirmək fikrindədir. Çinə qarşı Tayvan kartının önə çəkilməsi, İran ilə Pandora yeşiyinin açılması və NATO-nun varlığının sual altına qoyulması kimi ardıcıl miskin fəaliyyətlərlin üstündə Moskva ilə münasibətlərə xüsusi prioritet verilməsi dayanır.

Bazar iqtisadiyyatına keçəndən sonra Rusiya iqtisadiyyatı liberal sistemin daha çox çatışmazlıqlarını miras götürüb, nəinki üstünlüklərini. Hazırda Rusiya dərin sosial və iqtisadi böhran yaşayır, lakin o, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq qalır.

Məğlubiyyətə uğramış Sovet İttifaqının kommunizmdən sonra Qərbin etibarlı müttəfiqi olacağını təsəvvür etmək, elə ”tarixin sonu” barəsində söylənən yanlışlıqlar kimi qısa müddətli oldu. Yetmiş il keçməsinə baxmayaraq, Böyük Britaniya hələ indiyədək öz imperiyasının varlığının yoxa çıxmasını qəbul etmir. Ona görə də, Sovet imperiyasının bir neçə il ərzində özünün məğlubiyyətini qəbul edəcəyinin təsəvvürə gətirilməsı yanlışdır.

Revanşıst - nostalji əhvalı və millətçiliklə dolu olan bir mühitdə Vladimir Putin sabit və özünəməxsus Rusiyanın xüsusi roluna nail olmaqla, bu ölkənin dünyadakı yerinin təsdiqinə çalışır. Moskvanın təsəvvüründə onun götürdüyü yol, Tramp üçün “Yeni Yalta razılaşması”ndan keçməlidir və bu razılaşma çərçivəsində iki böyük dövlət öz maraqlarını müəyyənləşdirməli və müttəfiqlərinə tamaşaçı rolunu verməlidirlər.

Rusiya və Avropanın tam və bütöv şəkildə eyni bir dəyərlər sistemini bölüşməməsi bir faktdır. Avropalı müttəfiqlər NATO-dakı rolları barədə ciddi düşünərək, alyans çərçivəsində imzalanması nəzərdə tutulan öz işlərini yerinə yetirməlidirlər. Rusiya qəbul etməlidir ki, tarixin inkişafı onun təsir zonası hesab etdiyi ərazilərdə irəliləməsinə məhdudiyyətlər qoyub, ”boz zonalar” üzərində isə müştərək idarəetmə həyata keçirilə bilər.

1975-ci ildə Finlandiyanın paytaxtında Avropada təhlükəsizliyin və əməkdaşlığın yekun aktı barəsindəki yığıncaqda on prinsip qəbul olunub. Bu prinsiplər imkan verdi ki, iki blok kəskin soyuq müharibə mərhələsindən əməkdaşlığa keçsinlər. Bu, Kissincerin real siyasətinin uğuru idi. O dövrdə səhv olaraq belə düşünülürdü ki, bu Brejnev qarşısında kapitulyasıyadır.

Düzdür, “Helsinki metodu” mövcud fikir ayrılıqlarının həll olunmasına yardım edərdi, ancaq indi dövr dəyişilib. Bugünkü Avropa əvvəlki deyil və aydın şəkildə bloklar haqqında danışmağın heç bir mənası da yoxdur.

Helsinki aktındakı həmin 10 prinsipə yenidən baxılması Krım böhranına başqa cür yanaşmağa və Ukrayna məsələsinin həll olunmasına imkan verərdi.

ATƏT-in sədrliyini gələn il üzərinə götürəcək İtaliya üçün xarici siyasətdə imkanlar açılır. Lakin bir məsələ var: ”Helsinki metodu” münaqişələri həll etməyə imkan vermir, amma qarşılıqlı anlaşmadan sonra problemlərin həlli üçün vasitələr irəli sürür. Bu hər bir ölkənin muxtar şəkildə ümumi konteksdən çıxış etməsi zamanı baş verir.

Ancaq iş ondadır ki, bu avropalılardan fərqli olaraq, Putin və Tramp üçün ideal kontekst deyil.

(“Corriere Della Sera”-İtaliya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar