"Biz həmişə Türkiyə xalqının yanındayıq” - Novruz Məmmədov

trend_novruz-mammadov_270515_3“Biz terrorla mübarizədə həmişə Türkiyə xalqının yanındayıq”.

APA-nın məlumatəna görə, bunu İstanbulda törədilən terror aktına münasibət bildirən Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün "twitter" səhifəsində yazıb.

N. Məmmədov bildirib ki, bu hadisə bayram şənliyi zamanı insanlığa qarşı törədilmiş qanlı terror aktıdır.

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar