MİLLİ ŞURA İZDİHAMLI MİTİNQ KECİRDİ- FOTOLAR

 

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Bakıda, Yasamaldakı «Məhsul» stadionunda təşviqat mitinqi keçirir

Sonda söz Cəmil Həsənliyə verildi:

"Sevgili millət, uca xalqı. Sizlər təxminən 100 il qabaq dağınıq bir ərazidən vətən, dağınıq toplumdan millət yaradan babaların varislərisiniz, eşq olsun sizə.

Böyük iftixar hissi ilə Milli Şura ideyasının müəllifi, böyük ziyalımız Rüstəm İbrahimbəyovun salamlarını sizə çatdırıram.

100 il qabaq mütəfəkkürlərimiz deyirdi ki, bizdə kişi çoxdur, amma vətəndaş yoxdur. Bu gün bura görün nə qədər vətəndaş yığılıb.

Ar olsun onlara ki, bu vətənlə işğal edilmiş ərazi, xalqla əsir kimi davranırlar. Bu vətəni, xaqlı belə səfalətə salanlar qəhr olmalıdır. Başqa yol yoxdur.

Ey uca millət, ey əziz xalq. Ey, Azərbaycanda yaşayana müxtəlif azsaylı xalqlar, can qardaşlarımız, qan qardaşlarımız. Birlikdə yola çıxmışıq, bu rəzalətdən birlikdə qurtarmalıyıq.

Ey uca millət, ey əziz xalq. Ey, Azərbaycanda yaşayana müxtəlif azsaylı xalqlar, can qardaşlarımız, qan qardaşlarımız.

Birlikdə yola çıxmışıq, bu rəzalətdən birlikdə qurtarmalıyıq.

Millət doğumundan ölümünə qədər rüşvətə məhkum ediilib. Bu milləti buna məhkum edənlərə ar olsun.

Mən bunların qarşısına faktlar qoyuram ki, 48 milyardı bu ölkədən oğurlamısız, Azərbaycandan oğurladıqlarınızı Malaziyadan Panamaya qədər səpələmisiniz. İnsan nə qədər sərvət hərisi olar. Bunların mədəsi ilə beüyni arasında rabitə itib. Bəsdir. Bu millətdən oğurladıqlarınız bəsdir. Millətə gün ağlamağın vaxtı çatıb.

Böyük şairimiz Bəxtiyar Vahabzadə vaxtilə bu vəziyyəti görüb yazırdı:

Tamahın sonu yox, dağıdın, tökün

Hələ yerinizdə cağbacağsınız

Göydən Allah baxır, gələcək bir gün

Yediyiniz qədər qusacaqsınız.

Ədalət olmadan, zülmün kökü kəsilmədən, bu millətə azadlıq vermədən heç bir inkişafa nail olmaq mümkün deyil.

Millət qəddini düzəltməlidir. Tapdalanmış xalq heç nəyə nail ola bilməz.."

Cəmil Həsənli bildirib ki, xalqı, dövləti düşdüyü bu acınacaqlı durumdan buraya toplaşmış fədakar insanlar xilas edəcəklər. Daha sonra Cəmil Həsənli birgə yola çıxdıqlarını, hədəflərinin bəlli olduğunu, yollarının haqq yolu olduğunu bildirib. "Yığdığınız bəsdir. Bəsdi bu xalqın sərvətini taladınız. Millətin balaları Virciniya, Panamanın harada olduğunu bilmir. Sizlər öz kiçik övladlarınız üçün Dubaydan Virciniyaya qədər villalar almısız. Bunları Allah götürməyəcək. Bizdən platfoma istəyən xalqımız - ədalətli cəmiyyət və ləyaqətli həyatdır bizim platformamız".

...

Sonrakı çıxışçı AXCP sədri Əli Kərimli oldu:"Neçə illərdir Azərbaycanda hakimiyyəti qəsb etmiş qüvvələr xalqımıza böhtan atır, onun demokratiyaya hazır olmadığını deyir. Amma tariximiz bunu inkar edir. Təkcə tariximiz yox bu günümü də bunu təkzib edir.

Neçə illərdir hakimiyyət televiziyalardan sizi çaşdırmaq, sizə yalanlar sırımaq istəyir. Amma siz bütün bu təbliğatın qarşısında cəmi bir neçə çıxışla Cəmil Həsənlini tanıdınız, ona dəstək oldunuz.

Göstərdiniz ki, xalqımız haqqla nahaqqı, oğru ilə doğrunu fərqləndirməyi bacarır.

Mən Xalq Hərəkatının iştirakçılarına müraciət edirəm. Bizlər Azərbaycanı dünyada ilin xalqı etdik. Amma sonrakı repressiya illərində çətinliklər yaşadıq, mühasirədə oldan ordu kimi, hakimiyyətlə mübarizədə kömək gözləyirdik. Biz gəncliyimizdən kömək gözləyirdik və artıq o kömək gəlib.

Mən gənclərimizin valideynlərinə səslənirəm. Gənclərimizin mübarizəyə qoşulması bizim üçün xoşdur. Amma bizim haqqımız yoxdur ki, məsuliyyətimizi övladlarımızın çiyinlərinə yükləyək. Hamılıqla meydanda olmalı, mübarizədə iştirak etməliyik ki, övladlarımızın da haqqını yeməsinlər.

Bir neçə gündən sonra fürsət yaranacaq ki, bu hakimiyyətdən hesabat tələb edəsiniz. Bu imkandan yararlanıb 40 il ərzində törədilən haqsızlıqların, yalan-palanların hesabını İlham Əliyevdən sorun.

Səsverməyə gedən zaman bu illər ərzində mandat oğurluğunu, sərvət oğurluğunu, əsgərlərimizin ölümünü bağışlamayın bu hakimiyyətə. Səsverməyə gəlin, bu hakimiyyətin namizədinə yox detin, Cəmil Həsənliyə səsə verin."

 

 

17:15: Sabiq deputat Məryəm HəsənovaDeyirlər Cəmil Həsənlinin platforması yoxdur. Elə onun keçdiyi yol, bu çətin vəziyyətdə özünü qabağa verməsi onun platformasıdır"

....

17:05: Erkin Qədirlidən sinra NİDA hərəkatının liderlərindən olan Ülvi Həsənli çıxış etdi. O, NİDA hərəkatının Cəmil Həsənliyə dəstəyini ifadə etdi. Ülvi Həsənli Milli Şuranın namizədi Cəmil Həsənlinin platforması ilə bağlı çox suallar verildiyini deyərək, platformadan bir sıra müddəaları oxudu.

.......

16.50. ReAL hərəkatının liderlərindən olan Erkin Qədirli öz çıxışı zamanı Cəmil Həsənlinin layiqli alim, gözəl müəllim olduğunu, bu səbəbdən opponentlik etməyi yaxşı bacardığını qeyd edib və seçiciləri ona səs verməyə çağırıb: «Bu gün gündəmi gənclər müəyyən edir. Əvvəllər xəbəri ailəyə valideynlər gətirirdi. İndi isə xəbəri evə gənclər gətirir. İndi internet dövrüdür. İqtidar bunu indi başa düşüb. Artıq uduzub. Bu gün həbs edilənlərin əksəriyyəti gənclərdir.

Cəmil Həsənli barədə debatlarda deyilənlərin bir mənası var - cəmiyyətə çatdırmaq istəyirlər ki, siyasət çirkabdır.

Hər tərəfdə çirkab olanda təmiz adamlar özünü kənara çəkir. Amma Cəmil Həsənli bizə görə o çirkaba girib, cəmiyyəti bu çirkabdan təmizləmək istəyir».

.....

"İlham Əliyevin bir neçə gün şansı var. O namizədliyini geri çəkməlidir"

16.40. Söz Müsavat başqanı İsa Qəmbərə verilib. İsa Qəmbər deyib ki, təbiətdə ağ və qara rənglər olduğu kimi, Azərbaycan siyasətində də ağ və qara qüvvələr var: “Bizə deyirlər ki, dünyanı ağ və qara rəngdə görmək lazım deyil, biz bu rənglərin hamısını görüb qiymətləndiririk. Prezidentliyə namizədlərin bir çoxu məhz qara qüvvələrdir. Bu gün mübarizə qara ilə ağ arasında gedir. İlham Əliyev nə qədər vəkil tutsa da, onları televiziyalara göndərsə də, onların hamısı qara rəngdədir. Əminəm ki, sizin hamınız Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verəcəksiniz».

Müsavat başqanı inandığını bildirib ki, ölkənin bütün regionlarının nümayəndələri, ziyalılar, gənclər professor Cəmil Həsənlinin müdafiə edirlər və bu, onun gələcək qələbəsini sübutudur".

İsa Qəmbər siyasi məhbusların adlarının bir-bir sadalayaraq, onların tezliklə azadlıqda olacağına inandığını deyib:«Bu gün inanclı adamlar, tanınmış jurnalistlər, həbsxanada olan Əvəz Zeynallı, Qurban Məmmədov və başqaları bizimlə həmrəy olduqlarının deyirlər. İlham Əliyev bütün Azərbaycanı zindana döndərib. 9 milyon xalq hamısı həbsxanadadır...

...İlham Əliyevin bir neçə gün şansı var. O namizədliyini geri çəkməlidir və imkan verməlidir ki, xalq öz prezidentini seçsin....

Cəmil bəy televiziya debatlarında həqiqətləri dilə gətirir. Ölkədə çox monolopist var, amma Cəmil bəyin dediyi kimi, bir baş monopolist var, o da İlham Əliyevdir.

Azərbaycan xalqının seçimi bəllidir. Xalqımız oğru ilə doğğru arasında seçim etməli olacaq. Bu çətin seçim deyil və əminəm ki, xalqımız doğrunu seçəcək, biz qalib gələcəyik".

***

16: 20.Cəmil Həsənli, İsa Qəmbər və Əli Kərimlinin mitinq meydanına gəlməsi böyük coşqu ilə qarşllanıb. Liderlər mərhum Əbülfəz Elçibəyin sevdiyi “Bəy havası” ilə qarşılanıblar.

.....

Xəbər verildiyi kimi, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçkiqabağı təbliğat-təşviqat kampaniyasə çərçivəsində keçirilən növbəti kütləvi aksiya - seçicilərlə görüş sentyabrın 29-dan 28-nə keçirilib. Mitinq artıq başlayıb. Hava şəraitinin bir qədər əlverişsiz olmasına baxmayaraq artıq mitinqin keçirləcəyi məkana (Yasamalda yerləşən idman-sağlamlıq kompleksinin stadionunda) minlərlə insan toplaşıb.

İnsanların mitinq meydanına axını davam edir. İzdiham müşahidə olunur.

Aksiyanı Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı aparır.Mitinq dövlət himninin oxunması ilə açıq elna olundu.

Mitinq iştirakçılarını MŞ-ın Seçki Qərargahının həmsədri Arif Hacılı salamlayıb: “Burada biz Milli Şuranın vahid namizdədi Cəmil Həsənlinin müdafiə mitinqinə toplaşmışıq. Bizə cəmi 21 gün təşviqat kampaniyası aparmaq üçün yer verdilər. Amma buna baxmyaraq YAP namizədinin təşviqat kampaniyasına başlayıb. Amma,ş buna baxmayaraq Milli Şuranı bütün Azərbaycan cəmiyyəti medafiə edir. Onun seçki təşviqatında canla-başla çalışırlar .Azərbaycan hakimiyyəti bizim mübariəz əzmizimizi heç bir zaman sındıra bilnməyəcək”.

Arif Hacılı bildirib ki, Azərbaycan xalqı əvvəl Məhəmməd Əmin Rəsulzadə sonra Elçibəy olmaqla azad bir dövlət quraraq bizə miras qoyublar. Bizim xalqımız azad cəmiyyətdə yaşamağa layiqdir və bu onun ən böyük haqqıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar