1000-i 1 dollar idi, bu gün isə 1-i 1000 dollardır

Bitcoin min dollar sərhədini aşıb

İnternetin banksız və dövlətsiz pul vahidi Bitcoin, yüksəliş və enişlərdən sonra 2016-ci ilin sonunda yenidən 1000 dollar sərhədini keçib.

"Marja" xəbər verir ki, ABŞ-dakı seçkinin nəticələri, Brexit və Yaxın Şərqdəki proseslərin meydana gətirdiyi xaos mühitinin virtual pul vahidi Bitcoin-ə olan tələbatı artırıb. 2010-ci ildə 1 dollarla min Bitcoin almaq mümkün idisə, bu gün isə 1 Bitcoin min dollara qalxıb.

Bitcoin 2008-ci ildə ortaya çıxıb.

Qarşıdakı dövrdə, əgər qlobal qeyri-müəyyənlik daha da artarsa, Bitcoin-ə təlabatın daha da artacağı və qiymətinin yüksələcəyi gözlənilir.

Virtual valyutada 2016-ci ilin sonunda baş verən sürətli yüksəlişin 2017-ci ildə də davam edəcəyi təxmin edilsə də, məlumat sahibi olmayanların Bitcoin-dən uzaq durmaları tövsiyə olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar