DOLLAR KƏSKİN BAHALAŞDI – Yeni rekord

Dərc olunub: 04/01/2017 - 10:22

dollar-rocket-shipYanvarın 3-də ABŞ dollarının dünyanın aparıcı valyutaları sayılan avro, yapon yeni, ingilis funt-sterlinqi, Kanada dolları, İsveçrə frankı, İsveç kronu qarşısında məzənnəsi 2003-cü illərdən bəri ən yüksək həddə çatıb.
Bu barədə “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, valyuta birjalarında 1 avro 1%-dən çox ucuzlaşaraq 1.0341 dollara bərabər olub. Sonuncu dəfə Avropanın vahid valyutası Amerika pulu qarşısında bu məzənnə ilə 2003-cü il yanvarın 3-də dəyişdirilib. Həmin gün 1 avronun qiyməti 1,034 dollar təşkil edib.
Ötən gün Yaponiyada 1 dollar 0,6% bahalaşaraq 118,6 yenə, Türkiyədə isə 1 dollar 1,7% bahalaşaraq 3,6 lirəyə bərabər olub.


loading...

Fikrinizi bildirin