NAZİR KƏMALƏDDİN HEYDƏROVA – "Səhvə yol vermişəm, üzr istəyirəm"

Ötən ilin yayında özünü iş adamı kimi təqdim edən Zərdab rayonu Qoruqbağı kənd sakini Sadiq Mustafayev müxtəlif saytlarda, qəzetlərdə çıxış edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Layihə İnstitutunun direktoru Sahib Qarayevə və yaxınlarına qarşı bir sıra ciddi ittihamlar irəli sürmüşdü. O, həmçinin "AzPolitika.info"ya müraciətində də birlikdə biznes qurduğu Sahib Qarayevin kürəkəni Əli Məlikovun 2012-ci ilin aprelində ondan 600 min dollar aldığını və bunun 460 min dollarını mənimsədiyini iddia edirdi. Daha dəqiqi, pulunun geri qaytarılmasına Layihə İnstitutunun direktoru Sahib Qarayevin mane olduğunu, işin arxasında onun dayandığını bildirirdı. Hətta bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət də ünvanlamışdı.

Ancaq Layihə İnstitutunun direktoru Sahib Qarayev bu ittihamların tamamilə böhtan olduğunu bildirmişdi. Hətta bu böhtanlara görə, Sadiq Mustafayevi məhkəməyə verərək, cərimələnməsinə də nail olmuşdu. Buna baxmayaraq, Sadiq Mustafayevin eyni iddialarını davam etdirməsi Sahib Qarayevin bu dəfə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsinə səbəb olmuşdu.

Görünür məsələnin ciddi olduğunu başa düşən Sadiq Mustafayev, bu dəfə mətbuata tamamilə başqa məzmunlu müraciət göndərib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova və nazirliyin Layihə İnstitutunun direktoru Sahib Qarayevə ünvanlanan məktubun bir surəti də “AzPolitika.info”ya göndərilib. Əlavə şərh vermədən həmin məktubu dərc edirik:

“Hörmətli nazir! Mən bir neçə dəfə Sizə və ölkənin digər səlahiyyətli qurumlarına ərizələr yazaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Layihə İnstitutunun direktoru Qarayev Sahib Aslan oğlunun kürəkəni Əli Məlikovun məni aldadaraq 460 min dollar pulumu dələduzluq yolu ilə ələ keçirməsi və bu işdə qayınatası Sahib Qarayevlə əlbir olması barədə məlumatlar vermişəm. Belə məlumatlar müxtəlif internet saytlarında da yer almışdır. Bu məlumatlarla bağlı müvafiq istintaq hərəkətləri aparılmış, Sahib Qarayevin mənə qarşı hər hansı dələduzluq hərəkəti və sair qanunsuz fəaliyyəti öz təsdiqini tapmamışdır.

Bununla da məlum olmuşdur ki, mənim Qarayev Sahib Aslan oğlu barəsində Sizə və ölkənin digər nüfuzlu rəhbər şəxslərinə yazdığım məlumatlar həqiqəti əks etdirməmişdir. Mən səhvə yol vermiəm. Sahib Qarayev barəsində əsassız, həqiqətə uyğun olmayan məlumatlar yaymışam.

Nəticədə Qarayev Sahib Aslan oğlu məni həm mülki qaydada, həm də xüsusi ittiham qaydasında məhkəməyə vermişdir.

Zərdab rayon Məhkəməsi özünün 06.2015-ci il tarixli 2(035)-233/2015 saylı qətnaməsi ilə məndən 5 min manat mənəvi zərər qismində Sahib Qarayevin xeyrinə pul tutulmasını qət etmişdir.

Hazırda isə Lerik rayon Məhkəməsində mənim barəmdə Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə xüsusi ittihamlı işə baxılır. Mən məhkəməyə ərizə verərək, öz qanunsuz hərəkətlərimi, səhvimi, Sahib Qarayev barəsində böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatlar yaydığımı etiraf etmişəm və ondan üzr istəmişəm.

Hörmətli nazir, hazırki məktubu da Sizə ünvanlayaraq, Fövqəladə Hallar Nazirliyinin Layihə İnstitutunun direktoru Qarayev Sahib Aslan oğlu barəsində Sizə və ölkənin digər nüfuzlu təşkilatlarının rəhbər şəxslərinə yazdığım məlumatların həqiqətə uyğun olmadığını etiraf edirəm. Xahiş edirəm ərizəmi yazdıqlarımın təkzibi kimi qiymətləndirəsiniz.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar