“PREZİDENTİN KÖMƏKÇİSİ QOHUMUNU TUTDURUR” – “Öz qızını “sudan quru çıxarmaq” üçün…”

Dərc olunub: 08/01/2017 - 00:22

1458314820_1ca01d9a1223

Vəkil Adəm Məmmədov prezidentin sabiq köməkçisi, hazırda Prezident Administrasiyasında yüksək vəzifə tutan Tariyel Ağayev haqda maraqlı açıqlamalar verəcəyini anons edib. “AzPolitika”nın məlumatına görə, vəkil bu haqda “Facebook”da yazıb:

“Bu yaxınlarda bir səs-küylü iş üzrə müqavilə bağladım. Prezidentin köməkçisi vəzifəsində işləyən Tariyel Ağayevin özü və ailə üzvləri “Dekabank” ASC-nin sahibidirlər. Həmin bankın uzun müddət idarə heyyətinin sədri olmuş Niyazi Vəliyev yaxın qohumu Tariyel Ağayevin sifarişi əsasında həbs olunmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Hüquqlarını müdafiə etdiyim Niyazi Vəliyev Taryel Ağayevin yaxın qohumu (qaynı oğlu) olduğuna görə bir çox məsələlərdən məlumatlıdır. Bu səbəbdən də, tərəfimizdən ilginc açıqlamalar veriləcəkdir.

1437113000_1

T. Ağayev öz qızı, yəni “Dekabank” ASC-nin müşahidə şurasının sədri Sürəyya Ağayevanı “sudan quru çıxartmaq” üçün yaxın qohumunu “rasxoda” verməyə çalışır”.


loading...




Fikrinizi bildirin