"ONUNLA DÜŞMƏN OLA BİLMƏRƏM!" - Diaspor rəhbərindən erməniylə bağlı etiraf

Ukraynada yaşayan ermənilərlə dostluq münasibətləri ilə bir neçə dəfə gündəmə gələn, onlarla birlikdə fotoları yayılan Kiyevdəki Azərbaycan Cəmiyyətinin sədri Rövşən Tağıyevin BakiPost.az-a müsahibəsini təqdim edirik:

- Rövşən bəy, ermənilərlə münasibətlərinizə görə bir neçə dəfə qınaq obyektinə çevrilmisiniz. Sizi düşmən xalqın nümayəndələri ilə dostluq etdiyinizə görə qınayırlar. Xüsusən də Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyanla dost olduğunuz, sıcaq münasibətlər saxladığınız deyilir. Siz onunla həqiqətən dostluq edirsinizmi?

-Təəssüf edirəm ki, jurnalistlər sensasiya arxasınca qaçırlar. Amma mən bunlara çox da əhəmiyyət vermirəm. Çünki mənim gördüyüm işlər, vəzifəm Ermənistanın siyasətinə qarşıdır. Yəni bütün fəaliyyətim Dağlıq Qarabağın ermənilərdən azad edilməsi siyasətini dəstəkləmək və Ermənistanın təcəvüzkar bir dövlət kimi tanıtmaq yönündədir. Ukrayna Azərbaycanlıları Konqresindən başqa, mən Ukrayna Millətlər Assambleyasının sədriyəm. Bu assambleyaya 200-ə yaxın təşkilat daxildir. O cümlədən, siyahıda Ermənistana məxsus təşkilatlar da var. Bura daxil olan Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyandır. Aşot haqqında birinci onu fikirləşin ki, o, Azərbaycanda anadan olub. Prezident İlham Əliyevin yürütdüyü multikultural siyasətə dayanaraq, biz millət amilini siyasi amildən ayırmalıyıq.

Təbii ki, biz hesab edirik ki, Ermənistan rəhbərliyində əlləri qana batmış insanlar var. Mən Ermənistanı işğalçı dövlət kimi tanıyıram. Sarkisyanı, Köçəryanı alçaq, yaramaz insanlar hesab edirəm. Onların əli azərbaycanlı qanına bulaşıb. Amma buna baxmayaraq, biz bilirik ki, Azərbaycanda 30 mindən çox erməni yaşayır və ölkəmizdə də milləti erməni olan insanları Ermənistanın yürütdüyü siyasətdən ayırırlar. Son zamanlarda görürəm ki, erməni millətindən olan adamlar Bakıya gəlir, öz mövqelərini bildirir. Mənim isə Dağlıq Qarabağla və Ermənistanla bağlı mövqeyim dəyişməzdir. Ermənistan rəhbəri əli qana batmış bir insandır, mən bunu hər yerdə demişəm, deyirəm. Sadəcə mənim haqqımda elə şeylər yazırlar ki, guya, mən erməni diasporuyla, ermənilərlə yeni il keçirirəm, onların şərəfinə badələr qaldırıram. Bu, Azərbaycan diasporunun dünyada güclənməsi siyasətinə bir zərbədir. Əgər səhvən yazılıbsa, həqiqəti bilməyiblərsə, o zaman həmin adamlar mənə zəng edib, deməlidir ki, Rövşən bəy, üzr istəyirik, bilməmişik.

O ki, qaldı Aşot Avanesyana, o Azərbaycanı öz vətəni sayır, amma erməni millətinin nümayəndəsi olaraq erməni konqresinə də rəhbərlik edir, Millətlər Şurasının sədridir. Ukraynada millətlər Assambleyası kimi 5-ə yaxın təşkilat var. Onlardan real 3 təşkilat var ki, biri mənim sədri olduğum təşkilatdır, biri Millətlər Şurasıdır, ona Aşot rəhbərlik edir.

- Sizinlə bağlı yayılan

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar