Mehman Hüseynov azadlıqda!

"AzPolitika.info" xəbər verir ki, gənc blogger Mehman Hüseynov 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

***

Dünəndən itkin düşən Mehman Hüseynov tapılıb.

“AzPolitika”nın verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Jurnalist Xədicə İsmayılın sosial şəbəkədə yaydığı məlumata görə, Mehman Hüseynova 535.1 maddəsi (polisə müqavimət) ilə cinayət işi açılıb, birazdan məhkəməsi başlayacaq.

“Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə ittiham edilir. O hazırda Nəsimi rayon məhkəməsindədir. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində qərar veriləcək.”

O bildirib ki, M.Hüseynov Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb və hazırda Nəsimi rayon məhkəməsinə aparılır.

***

Gənc blogger Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında yoxa çıxıb.

Bu haqda bloggerin dostları məlumat yayıb:

“Mehman bizdən təxminən 8-in yarısı ayrılıb, başqa bir dostu ilə görüşməyə getdi. Sonra həmin dostu ilə də görüşməyib. Ondan bu yana da xəbər yoxdu, telefonu da bağlıdır”.

Mehman Hüseynovun yoxa çıxması sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevrilib. Onun harada olduğu haqda heç bir məlumat yoxdur.

Xatırladaq ki, Mehman Hüseynov bir neçə gün bundan əvvəl təqib olunduğu haqda məlumat yaymışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar