ELMAN RÜSTƏMOVUN MÜAVİNİ DİNDİRİLDİ - “Mahmudovun tapşırığı ilə....”

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Aftandil Babayev “MTN işi” üzrə istintaqda dindirilib.

Ləğv edilmiş MTN-in generallarının cinayət işi üzrə araşdırmalar zamanı məlum olub ki, Aftandil Babayevin 012-493-11-96 şəhərdaxili telefon nömrəsi 2015-ci il sentyabrın 22-dən dinlənilib.

Onun dinlənilməsini sabiq nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə general Sübahir Qurbanovun müavini Fizuli Əliyev sifariş verib.

Dinlənilməyə əsas kimi Azad Səlimli və Əflatun Hacıyev ad-soyadlı şəxsin gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşğul olmaları göstərilib.

Generalların işi üzrə zərərçəkmiş kimi tanınan Aftandil Babayev istintaqda dindirilib. O bildirib ki, Mərkəzi Bankının idarə heyətinin sədr müavini vəzifəsində işləyir və istifadəsində 493-11-96 nömrəli xidməti telefon var: “Mən xidməti işlə əlaqədar həmin telefondan istifadə edib danışıqlar aparıram. Heç vaxt hüquq-mühafizə orqanlarına, o cümlədən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunmamışam, ora aparılmamışam. Mənə qarşı həmin nazirliyin əməkdaşları tərəfindən hər-hansı qanunsuz tələblər irəli sürülməyib”.

Qeyd edək ki, A.Babayevin dinlənilməsinə başlanılandan 3 həftə sonra Eldar Mahmudov vəzifəsindən çıxarılıb və onun generallarının cinayətlərinin ifşasına başlanılıb. (Qafqazinfo)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar