Neft Fondunun büdcəsi kəsirlə təsdiqlənib - 6,1 MİLYARD

neft fonduPrezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında fərman imzalayıb."APA-Economics" xəbər verir ki, fərmanla ARDNF-nin 2017-ci il büdcəsinin gəlirləri 8 mlrd. 370 mln. 589,8 min manat, xərcləri isə 14 mlrd. 483 mln. 856 min manat məbləğində təsdiq edilib.

Beləliklə, ARDNF-nin gələn il üzrə büdcəsi 6,1 mlrd. manatlıq kəsirlə təsdiqlənib.

Müəyyən edilib ki, ARDNF-nin 2017-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

Sıra Gəlir mənbələri Gəlirlərin məbləği (min manat)
2.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

7 550 705,3

2.2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

3 465,0

2.3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

16 830,0

2.4. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

799 094,6

2.5. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar

495,0

Cəmi

8 370 589,9

 

Fərmana əsasən, ARDNF-nin 2017-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldiləcək:

 

Sıra Xərc istiqamətləri Xərclərin məbləği (min manat)
3.1. Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

90 000,0

3.2. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

6 100 000,0

3.3. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi

7 500 000,0

3.4. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70 000,0

3.5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

165 825,0

3.6. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı”nın maliyyələşdirilməsi

29 304,0

3.7. Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

496 155,0

3.8. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

32 572,0

Cəmi

14 483 856,0

 

Sosial səhifələrdə paylaş

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar