Problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il dekabr 1-nə 1 milyard 442,3 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, noyabrın 1-i ilə müqayisədə 4,85% və yaxud 66,7 milyon manat çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 66,2 milyon manat və yaxud 4,4% azaldığı halda, son bir ildə 17,3% və yaxud 212,7 mln. manat artıb.

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı ötən il noyabrın sonuna 8,9%, oktyabrın sonuna 8,7%, ilin əvvəlinə 6,9%, 2015-ci il noyabrın sonuna isə 6,6% olub.  /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar