Elman Rüstəmov bank rəhbərlərini toplayır

1428642054_elman-rustamovMərkəzi Bankın sədri Elman Rüstəmov bu gün bank rəhbərləri ilə görüşəcək. Fins.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycanda fəaliyyət göstərən bütün banklara müraciət olunub. Banklar tədbirdə İdarə Heyətinin sədri və Xəzinədarlıq departamentinin direktorları səviyyəsində təmsil olunacaq.

Qeyd edək ki, görüşdə bank sektorunda vəziyyətlə bağlı cari məsələlər və Strateji Yol Xəritəsi və Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul edilmiş “2017-ci üzrə maliyyə sabitliyinin təmin edilməsi dair planla” bağlı müzakirələr aparılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar