1 ton at ətini mal əti adı altında satmaq istəyən şəxs saxlanıldı

Yevlax rayon sakini 1 ton istifadəyə yararsız at ətini mal əti adı altında satmaq istəyən zaman saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yevlax rayonunda külli miqdarda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Rəmzi Həsənov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar