"SOCAR-ın heç bir vitse-prezidenti istintaqa cəlb edilməyib" - RƏSMİ

SOCAR-ın Mətbuat Xidmətini vitse-prezident Xalik Məmmədovun istintaqda ifadə verdiyi haqda bu gün bir sıra KİV-lərdə getmiş məlumatı təkzib edib. Mətbuat xidmətinin açıqlamasında deyilir:

"Yanvarın 11-də bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı məlumat yayılmışdır. Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməmişdir. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərləri "Kütləri İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar