Ukrayna emiqrantının qızı Kanadanın XİN başçısı oldu (FOTO)

Dərc olunub: 11/01/2017 - 16:19

Hristya-FrilandAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynadan olan emiqrant qadının qızı, ölkənin sabiq beynəlxalq ticarət naziri Xristya Friland Kanadanın Xarici İşlər Nazirliyinin (XİN) başçısı təyin olunub. Xəbəri «CBC News» yayıb.

Bu xanım Kanadanın Alberta əyalətinin Pis-River şəhərində anadan olub və Ukraynadan olan emiqrant qadın Qalina Xomyak-Frilandın qızıdır.

Friland Rusiya tarixi və ədəbiyyatı üzrə incəsənət bakalavrı təhsili alıb və anasının vətəni Ukraynada jurnalistika fəaliyyətinə başlayıb. «Financial Times»-da işlədiyi illərdə gələcək siyasətçi bu nəşrin Moskva bürosunun rəisi və Şərqi Avropa üzrə müxbir vəzifəsinə yüksəlib. O, həm də «Əsrin satılması» kitabını yazıb. Kitabda söhbət, Rusiyanın kommunizmdən kapitalizmə doğru yolunu incələyib.

2013-cü ildə Kanadanın Liberal partiyasının üzvü Donald Frilandın qızı bu partiyadan parlamentə namizədliyini rəli sürüb və seçkilərdə qalib gəlib. 2014-cü ildə o, Rusiyanın Kanadaya «cavab sanksiyası» siyahısı altına düşüb və Rusiyaya gəlmək imkanlarını itirib.


loading...




Fikrinizi bildirin