Ulyukayevin həbs olunmuş əmlakı - Cəmi 564 milyon rubl...

ulyukAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiyanın sabiq iqtisadi inkişaf naziri, hazırda ev dustağı olan Aleksey Ulyukayevin həbs olunmuş əmlakının qiyməti məlum olub.

İstitntaq Komitəsi onun, qiyməti 564 milyon rubldan az olmayan 15 danışmaz əmlak obyektini həbs edib. Bu barədə «Kommersant» qəzetinə müsahibə verən Rusiya İstintaq Komitəsinin sədr müavini İqor Krasnov danışıb.

Onun sözlərinə görə, mustəntiqlərin sərəncamında foto və videomateriallar var və onlar eks-nazirin rüşvət aldığını təsdiqləyir. Onları nəşr etmirlər, çünki işin araşdırılması hələ başa çatmayıb və «istintaq sirrini saxlamaq üçün ciddi əsaslar var».

«Konkret olaraq bu halda istintaq onların KİV-də yayılmasını məqsədəuyğun hesab etmir. Cinayət-prosessual qanunlara əsasən müstəntiqin qərarına hamı əməl etməlidir»-deyə, müsahib dəqiqləşdirib.

Ancaq Ulyukayevin necə deyərlər, ranqını nəzərə alsaq, müasir Rusiya üçün onun elan olunan əmlakı - 564 milyon rubl elə də iri məbləğ deyil. «Rosneft»in şefi İqor Seçinin ABŞ-n yeni seçilmiş Prezidenti Donald Trampa təklif etdiyi rüşvətin məbləğini (10,5 milyard avro!) nəzərə alsaq, o zaman «zavallı» Ulyukayevin «bir həsir, bir də məmmədnəsir» olduğu ortaya çıxar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar