Azərbaycan banklarının xarici öhdəlikləri bir ayda 13% artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2016-cı il dekabrın 1-nə 7 039,1 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 810,1 mln. manat və ya 13% çoxdur.

Ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 1 165,4 mln. manat və ya 14,2% azalıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə 972 mln. manat və ya 16% artım qeydə alınıb.

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin noyabr ayında artım göstərməsi əsasən manatın məzənnəsinin azalması ilə bağlıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar