Bakıda "bomj"lar məhkəməyə çıxarıldı

hokmBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, ötən il Nəsimi rayonu, Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Çingiz oğlu Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Astara rayon sakini A.Mürsəlov və Babək rayon sakini L.Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar