Trampın mətbuat konfransı kompomatla bağlı bəyanatlarla başlayıb

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Nyu-Yorkda keçirdiyi mətbuat konfransı ona qarşı səsləndirilən komromatdan başlayıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Trampın nümayəndəsi mətbuat konfransını açarkən KİV-də yer alan son məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Tramp yayılan xəbərləri cəfəngiyat adlandıraraq, adıçəkilən xəbəri yaymayan KİV-lərə minnətdarlığını bildirib.

Qeyd edək ki, senator Con Makkeyn ötən ilin sonunda Trampla əlaqədar kompromat xarakterli məlumat alaraq Federal Təhqiqatlar Bürosunun rəhbərinə ötürdüyünü bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar