“Azərreyl” “Fənərbağça”ya böyük hesabla məğlub oldu

Dərc olunub: 11/01/2017 - 22:15

Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün növbəti oyununu keçirib.

fener azerreyl

“Report”un məlumatına görə, “C” qrupunun II tur qarşılaşmasında rəqib Türkiyənin “Fənərbağça” klubu olub.

İstanbuldakı Burhan Felek Voleybol Salonunda keçirilmiş görüş meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb – 3:0. “Azərreyl” yalnız ikinci setdə rəqibinə ciddi müqavimət göstərə bilib. Qalan setlər isə “Fənər”in aşkar üstünlüyü şəraitində keçib.

Bu nəticədən sonra Azərbaycan çempionu Türkiyə təmsilçisi ilə şərikli liderliyini əldən verib. “Fənər” isə xallarını 6-ya çatdıraraq, birinci pillədə möhkəmlənib.

Çempionlar Liqası, qrup mərhələsi, II tur

“C” Qrupu

20:00. “Fənərbağça” (Türkiyə) – “Azərreyl” (Azərbaycan) – 3:0 (25:12, 25:19, 25:9)

Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simyon Santi (İtaliya)

İstanbul. Burhan Felek Voleybol Salonu

“Azərreyl” növbəti oyununu fevralın 9-da keçirəcək. Bakıda baş tutacaq görüşdə rəqib Fransanın “Sent-Rafael” klubu olacaq.


loading...


Fikrinizi bildirin